Rusiyadan Amerikaya sərt mesaj

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidЗаседание Совета Федерации РФ
Заседание Совета Федерации РФ - Sputnik Azərbaycan
Abunə olmaq
"ABŞ bizi təcrid etmək iqtidarında deyil"

BAKI, 28 iyun — Sputnik. Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında keçirilməsi planlaşdıran görüş ABŞ-ın Rusiyanı təcrid etmək iqtidarında olmadığını göstərir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov öz "Twitter" səhifəsində yazıb.

​"Putinlə Trampın gələcək görüş faktı bir şeydən xəbər verir: Bütün isterikalarına baxmayaraq ABŞ nə Rusiyanı nəzərə almamaq nə də onu təcrid etmək iqtidarındadır" — deyə Puşkov vurğulayıb.

Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüş məsələsi artıq uzun müddətdir ki, qapalı kanallar vasitəsilə müzakirə olunur: "Görüşün vaxtı və sammitin keçirilmə yeri ilə bağlı razılıq əldə olunub".

Xəbər lenti
0