Leyla Abdullayeva-Sputnik Azərbaycan
BAKI, 28 iyun — Sputnik. Bu gün səhər saatlarında Şabran rayonunda intihar hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Çölquşçu kəndində qeydə alınıb.
1993-cü il təvəllüdlü Vəlizadə Amil Elşad oğlu səhər saat 05.00 radələrində özünü yaşadığı evin həyətindəki ağacdan asıb.
Mərhumun psixiloji problemləri olduğu və bu səbəbdən hərbi xidmətə aparılmadığı bildirilir.
İntihar faktı ilə bağlı Şabran Rayon Prakrorluğunda araşdırma aparılır.