BAKI, 28 iyun — Sputnik. Prezident İlham Əliyev “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabinetinə Tədbirlər Planının icrasının aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməsini təmin etsin və görülmüş işlər barədə rübdə bir dəfə, hər rübdən sonrakı ayın 25-dək Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.