CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kiprdə meyiti tapılan azərbaycanlının ölüm səbəbi açıqlandı

© AP Photo / Petros GiannakourisLefkoşa şəhərinin məhələllələrindən biri, arxiv şəkli
Lefkoşa şəhərinin məhələllələrindən biri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
1960-cı il təvəllüdlü Sabit Qazıyev Girnədə həyat yoldaşı və anası ilə birlikdə yaşayıb

BAKI, 28 iyun — Sputnik. “Dünən axşam saatlarında Girnə şəhəri, Alsancaq Qəsəbə Polis Şöbəsi ilə əlaqə saxladım. Azərbaycan vətəndaşı Sabit Qazıyevin, Şəhid Münür küçəsi, Kofalı yaşayış massivində tək yaşadığı həyət evində gecə saat 3 radələrində cəsədi aşkarlanıb".

Sputnik Bu sözləri öz “Facebook” səhifəsində Azərbaycan- Kipr Dostluq Cəmiyyətinin sədri Orxah Həsənoğlu yazıb. O, qeyd edib ki, mərhumun cəsədi Lefkoşa Dr. Burhan Nalbantoğlu xəstəxanasına müayinə edilmək üçün aparılıb.

Orxan Həsənoğlunun sözlərinə görə, ailə bu ilin yanvarın 8-də Kiprə işləmək üçün gəlib. Yerli inşaat şirkətlərindən birinə işə düzəlib. Əslən Qərbi Azərbaycandan olan Qazıyev Gəncə qeydiyyatlıdır.

© Photo : SOSİAL ŞƏBƏKƏSabit Qazıyevin pasportu
Sabit Qazıyevin pasportu - Sputnik Azərbaycan
Sabit Qazıyevin pasportu

Xatırladaq ki, 1960-cı il təvəllüdlü Sabit Qazıyev Girnədə həyat yoldaşı və anası ilə birlikdə yaşayıb.

Sputnik Azərbaycan-a açıqlama verən Orxan Həsənoğlu qeyd edib ki, Qazıyev iyunun 27-də axşam saatlarınadək evdə olub. Saat 23.00 radələrində gəzintiyə çıxıb, hovuzda üzüb. Ölümünə səbəb isə əvvəllər gizlin şəkildə keçirdiyi infarkt səbəb göstərilir. Hovuzda çimərkən ani hava çatışmazlığı yaşayıb. İki qan damarı fəaliyyətini itirib. Sonra qəfildən ölüb. Onun meyiti gecə saatlarında tapılıb. Mərhumun meyiti Lefkoşa Dr. Burhan Nalbantoğlu xəstəxanasında tibbi ekspertizadan keçirilib və məlum olub ki, Sabit Qazıyev ürək çatışmazlığından vəfat edib".

Mərhumun cənazəsinin sabah axşam saatlarınnda İstanbul-Gəncə reysi ilə yola salınması üçün hazırlıq görülür.

Qeyd edək ki, Azərbaycanın Kiprdə Səfirliyi olmadığı üçün mərhumun cənazəsi Azərbaycan Kipr Dostluq Cəmiyyəti tərəfindən yola salınacaq.

Xəbər lenti
0