CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Keçmiş nazirin əmisi oğlunun həbs müddəti uzadıldı

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidHəbsxana
Həbsxana - Sputnik Azərbaycan
Abunə olmaq
Vüqar Mahmudov faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib

BAKI, 28 iyun — Sputnik. Bakı Hərbi Məhkəməsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində olan həbs qətimkan tədbirinin uzadılıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, prosesdə istintaq orqanının təqdimatı üzrə qərar elan edilib. Qərara əsasən, Vüqar Mahmudovun barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Vüqar Mahmudov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləyib və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib.

Vüqar Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham elan olunub.

Xəbər lenti
0