Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “İrandakı etirazlar hökumətin istefası ilə nəticələnə bilər”

© Courtesy of Sadraddin SoltanSədrəddin Soltan
Sədrəddin Soltan - Sputnik Azərbaycan
Abunə olmaq
Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan deyir ki, İranın hazırki problemlərdən çıxış yolu bir sıra iddialarından əl çəkməsi ilə ola bilər

Sədrəddin Soltan: “İranda daxili siyasi vəziyyət daha da gərginləşəcək”
“İranda ciddi iqtisadi, sosial maliyyə problemi yaşanır”. Bunu Sputnik Azərbaycan-a İrandakı etiraz aksiyalarını şərh edərkən Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.

O bildirib ki, İranın hazırki problemlərdən çıxış yolu bir sıra iddialarından əl çəkməsi ilə ola bilər: 

“Vəziyyətin bu həddə gəlib çatması həm ABŞ-ın tətbiq etdiyi sanksiyalar, həm də onun İranın nüvə proqramı ilə bağlı sazişdən çıxmasıdır. Təbii olaraq, ABŞ-ın İrana olan bu münasibəti onun dünyadakı digər müttəfiqlərinə də təsirsiz ötüşməyib. Yəni, həmin ölkələr də İranla ticarət münasibətlərinə ya yenidən baxırlar, ya da bu əlaqələri dayandırırlar. Bütün bunlar da İranın iqtisadi vəziyyətinə təsirsiz ötüşmür. Bu da öz əksini ölkədə baş verən etiraz aksiyaları ilə göstərir. Ehtimal edirəm ki, bundan sonra İranda daxili siyasi vəziyyət daha da gərginləşəcək və ola bilsin ki, bu gərginlik hökumətin istefası ilə nəticələnsin. Amma etirazların dayancağı ehtimalı çox azdır”.

Xarici valyutaya nisbətdə rialın məzənnəsinin aşağı düşməsi və qiymət artımı ilə bağlı Tehranda etiraz aksiyaları keçirilir.

Xəbər lenti
0