Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

DÇ-2018: Dünya çempionatında inanılmaz vəziyyət yaşandı

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidФутбол. ЧМ-2018. Матч Сенегал - Колумбия
Футбол. ЧМ-2018. Матч Сенегал - Колумбия - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün əsas göstəriciləri bərabər olan komandaların əlavə göstəriciləri hesablanıb

BAKI, 28 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında H qrupunda III turun oyunlarına yekun vurulub. Sputnik Azərbaycan xəbər verir ki, sonuncu turda Yaponiya Polşa, Seneqal isə Kolumbiya ilə görüşüb.

Bu qrupda ən böyük sensasiya Polşanın sonuncu yeri tutaraq, 1/8 finala yüksələ bilməməsi olub. Amma dalbadal 2 turda məğlub olan Polşanın növbəti mərhələyə çıxa bilməyəcəyi artıq II turdan bəlli idi.

Digər üç komandanın hər biri isə qələbə şansını saxlayırdı. Kolumbiya sonuncu turda Seneqalı 1:0 hesabı ilə  məğlub edərək, qrupda birinci yeri tutub və qeyri-şərtsiz 1/8 finala yüksəlib.

Seneqal və Yaponiya arasında isə sözün əsl mənasında “dalana” dirəniblər. Hər iki komanda son oyunu 0:1 hesabı ilə uduzub. Hər iki komanda 4 xal toplayıb. Hər iki komanda bir oyunda 2:1 hesabı ilə qələbə qazanıb, bir oyunda isə heç-heçəyə nail olub. Yəni, komandaların vurduğu və buraxdığı top fərqi də eynidir. Nəhayət, bu hallarda komandaların öz aralarında oynadığı oyunun nəticəsi də mübahisəni həll etməyib. Çünki Yaponiya – Seneqal oyunu 2:2 hesabı ilə başa çatıb.

Məhz bu səbəbdən, bütün əsas göstəriciləri bərabər olan komandaların əlavə göstəriciləri hesablanıb. Yaponiya dünya çempionatında 4, Seneqal isə 6 sarı vərəqə alıb. Bu da son nəticədə 1/8 finala Yaponiyanın yüksəlməsinə gətirib çıxarıb.

Xəbər lenti
0