Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Masallı sakini çay daşlarını “danışdırır”

Abunə olmaq
Masallı rayonu Boradigah qəsəbə sakini, 58 yaşlı Məmməd Məmmədov səbri və peşəkarlığı sayəsində öz həyətyanı sahəsini çay daşları ilə, sözün əsl mənasında, cənnətməkana çevirib.

Məmməd Məmmədovun həyətinə girdikdə insanda ilk olaraq hansısa istirahət mərkəzinə gəldiyi təəssüratı yaranır.

M.Məmmədov həyətində kiçik bir muzey də yaradıb. O, bu muzeydə qonşu kənd və rayonlardan gətirdiyi qədim xalçalar, əntiq qablar və məişət əşyalarını toplayıb. Topladığı əşyalar arasında Cəlilabad rayonundan əldə etdiyi, Tunc dövrünə aid olduğu təxmin edilən saxsı qab da var.

Həmçinin gəzdiyi ölkələrdən əldə etdiyi pul əsginaslarının kolleksiyasını da toplayır.

Xəbər lenti
0