UNEC beynəlxalq reytinqdə ölkə birincisi oldu

© Photo : UNEC mətbuat xidmətiUNEC-in I kurs tələbəsi Mirmehdi Əhmədzadə
UNEC-in I kurs tələbəsi Mirmehdi Əhmədzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Dövlət Universiteti isə 2787 istinadla ikinci yerdə qərarlaşıb

BAKI, 28 iyun — Sputnik. UNEC beynəlxalq reytinqin nəticələrinə görə, Azərbaycan universitetləri arasında ölkə birincisi olub. Bu barədə Sputnik Azərbaycan-a UNEC-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Webometrics" reytinq agentliyinin iyun ayında açıqladığı “Google Akademik istinadlarına görə ən yaxşı universitetlər” (HYPERLINK "http://www.webometrics.info/en/transparent" TRANSPARENT RANKING: Top Universities by Google Scholar Citations) reytinqində UNEC Azərbaycan universitetləri arasında lider olub. Reytinqə görə, “Google Scholar” platformasında UNEC alimlərinin elmi məqalələrinə 3614 istinad edilib.

Azərbaycandan iki ali təhsil müəssisəsinin yer aldığı reytinqdə Bakı Dövlət Universiteti isə 2787 istinadla ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, UNEC reytinqdəki mövqeyinə görə bir cox Amerika və Avropa universitetlərini qabaqlayıb.

Xəbər lenti
0