BAKI, 27 iyun — Sputnik. Sumqayıtda dənizdən kişi meyiti tapılıb. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Xəzər dənizinin Sumqayıt şəhərinə düşən hissəsində kişi meyitinin olması müəyyən edilib.
Meyit FHN-nin Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən sudan çıxarılaraq, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt Şəhər Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılıb. Meyitin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, bu, Sumqayıt şəhər sakini 1965-cı il təvəllüdlü İsgəndərov Elşən Mikayıl oğludur. Dənizdən meyiti tapılan şəxsin üzərində zorakılıq əlamətlərinin və bədənində bir bıçaq yarasının olduğu müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.