Yadplanetli məxluq görənləri şoka salacaq — VİDEO

© Photo : Youtube / GaiaPeruda tapılan mumyalanmış cəsəd
Peruda tapılan mumyalanmış cəsəd - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Steve Mera bu kəşfin tarix kitablarımızı əbədi dəyişəcəyinə inanır

BAKI, 26 iyun — Sputnik. Peruda tapılan mumyalanmış cəsəd yeni bir insan növünə aid ola bilər.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, mumyalanmış cəsədin yad planetdən gəlmə olduğu iddia edilir.

Bir britaniyalı tədqiqatçı Steve Mera üç barmaqlı mumiyanın yeni insan növü ola biləcəyini iddia edib. Meyitin 1800 yaşında ola biləcəyi açıqlanıb. Cəsədin 98,5 faiz insan, 1,5 faiz isə bilinməyən bir növ olduğu ortaya çıxıb. Steve Mera bu kəşfin tarix kitablarımızı əbədi dəyişəcəyinə inanır.

Nazik, uzun başı və üç barmağı ilə diqqətləri üzərinə çəkən mumyalanmış cəsədin bir qadına aid olduğu deyilir. Bunun yeni və məlum olmayan bir insan növü olma ehtimalı da olduqca yüksək görünür.

Alimlər onun çox qeyri-adi bir DNT-si olduğunu təsdiqləyib. Cəsəddə hər hansı bir xəstəliyin izləri də aşkarlanmayıb. Cəsədin "qara bazar"da 1 milyon funt-sterlinq qiyməti olduğu bildirilib.

Xəbər lenti
0