BAKI, 27 iyun — Sputnik. Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfirini qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.
Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Yusif bin Həsən Yusif əl-Saini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Səfir Yusif bin Həsən Yusif əl-Saini diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nazir Elmar Məmmədyarov səfir Yusif bin Həsən Yusif əl-Saiyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.