BAKI, 27 iyun — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
ETSN-nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyulun 2-dək Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.