BAKI, 27 iyun — Sputnik. Dövlət Gömrük Komitəsinin (DGK) sədrinə birinci müavin təyin edilib. Bu barədə Sputnik Azərbaycan-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin birinci müavini təyin olunub.
Qeyd edək ki, İ.Hüseynov bir ay əvvəl Bakı Baş Gömrük İdarəsinə rəis təyin olunmuşdu. Bu təyinata qədər İ.Hüseynov Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb.