Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

DÇ-2018: Serbiya möcüzəyə nail olmadı

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidDÇ-2018, Braziliya-Serbiya
DÇ-2018, Braziliya-Serbiya - Sputnik Azərbaycan
Abunə olmaq
E qrupundan Braziliya və İsveçrə növbəti mərhələyə vəsiqə qazanıblar

BAKI, 27 iyun — Sputnik. Futbol üzrə XXI dünya çempionatında E qrupunda sonuncu turun oyunları keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nijni Novqorod şəhərində İsveçrə və Kosta-Rika üz-üzə gəiblər. Oyun 2:2 hesabı ilə başa çatıb. Görüşdə hesabı 31-ci dəqiqədə isveçrəli Cemayli açıb. 56-cı dəqiqədə Uoston hesabı bərabərləşdirib. 88-ci dəqiqədəd Drmiş yenidən isveçrəliləri önə çıxarıb. Artırılmış 3-cü dəqiqədə Kosta-Rika yığmasının oyunçusu Brayan Ruisin vurduğu penalti zərbəsi qapıçı Yan Zommerə dəyərək qapıdan keçib — 2:2.

Moskvada isə Braziliya Serbiyaya Junior (36) və Tyaqo Silvanın (68) qolları ilə 2:0 qalib gəlib.

Bu görüşlərdən sonra Braziliya 7 xalla qrup birincisi olub. İsveçrə 5 xalla ikinci, Serbiya 3 xalla üçüncü yeri tutub. Kosta-Rika bir xalla qrupda sonuncu yerdə qərarlaşıb.

Beləliklə, 1/8 finalda Braziliya Meksika, İsveçrə isə İsveçlə qarşılaşacaq.

Xəbər lenti
0