BAKI, 27 iyun — Sputnik. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sabunçu yol qovşağından Zabrat qəsəbəsi istiqamətində və əksinə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
© ©KarikaturaAlternativ yoldan istifadə
![Alternativ yoldan istifadə Alternativ yoldan istifadə - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/41587/27/415872700_0:0:1000:800_600x0_80_0_0_9f8facd33453ff188dacdbfeff37b12b.png)
Alternativ yoldan istifadə
© ©Karikatura
Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, rənglənmə işləri bu gün axşam saatlarınadək davam etdiriləcək. Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.