BAKI, 27 iyun — Sputnik. Ermənistan paytaxtı Yerevanda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Xarici İşlər Nazirləri Şurasının 38-ci iclası keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, Xarici işlər nazirlərinin görüşündə QİƏT-ə üzv ölkələrin hər birindən nümayəndə heyəti qatılıb.
Görüşdə bir sıra xarici işlər naziri yox, onların müavinləri səviyyəsində təmsil olunurlar.
İclasda Azərbaycan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev rəhbərlik edir.
Qeyd edək ki, iclas zamanı QİƏT-də sədrlik Ermənistandan Azərbaycana keçəcək.