BAKI, 26 iyun — Sputnik. Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında görüş olacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Sara Sanders deyib.
Sandersin sözlərinə görə, Türkiyədə keçirilən növbədənkənar seçkilərin nəticələrindən sonra ABŞ prezidenti türkiyəli həmkarı ilə görüşə hazırlaşır.
"Prezident Tramp ilə Ərdoğan arasında görüş keçirilməsi üzrə iş gedir", — o əlavə edib.
Görüşün nə vaxt keçiriləcəyinə dair məlumat verilməyib.