Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Yay tətilinə çıxmaq istəyənlərə xəbərdarlıq edilir

© Sputnik / Murad OrujovAbşeron çimərliyində qürub çağı
Abşeron çimərliyində qürub çağı - Sputnik Azərbaycan
Abunə olmaq
İnfeksiyaların səbəb olduğu xəstəliklərin əlamətləri tətildən sonra özünü göstərməyə başlayır

BAKI, 26 iyun — Sputnik. Tətildə yoluxduğunuz xəstəliklər geri döndükdən sonra üzə çıxa bilər. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, mühitin dəyişməsi, gigiyena və diqqətin az olması müxtəlif xəstəliklərə yol aça bilər.

Hasarlanmış ərazi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakının nəfəsliyi qapadılıb, gələn aydan pullu xidmətə keçiləcək - Gerisayım

Mütəxəssislərin fikrincə, tətil xəstəlikləri bakteriyalar, viruslar, parazitlər, göbələklər və s. mikroorqanizmlərin müxtəlif yollarla insan oraqnizminə daxil olması ilə ortaya çıxır. Xəstəliyə səbəb olan mikroorqanizmlər su, qidalar, heyvanların dişləməsi, nəfəs almaq, cinsi əlaqə və qan yolu ilə yoluxur.

Bundan əlavə, infeksiyaların səbəb olduğu xəstəliklərin əlamətləri tətildən sonra özünü göstərməyə başlayır. Ortaq istifadə edilən əşyalar, quma sərilən dəsmal, kütləvi hovuzlar infeksiya riskini artırır. Hovuzlar tif, hepatit A və s. bu kimi xəstəliklərin yayılmasına səbəb olur.

Bu səbəbdən də mütəxəssislər məsləhət görürlər ki, tətil zamanı daha çox dənizə üstünlük vermək lazımdır. Əgər dəniz yoxdursa, hovuza girdiyiniz zaman çalışmalısınız ki, hovuzun suyunu udmayasınız.

Qulaq infeksiyalarından qorunmaq üçün qulaqları quru tutmaq, üzərkən qulaq tıxayıcılardan istifadə etmək lazımdır. Hovuz suyu gözlərdə də bir çox xəstəliklər yarada bilər. Buna görə də çalışın ki, suyun altında gözlərinizi açmayasınız.

Hovuz suyu və ortaq istifadə edilən əşyalar qadınlarda vaginal göbələk xəstəliyinə səbəb ola bilər.

Xəbər lenti
0