CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xızıda özünü avtobusdan atan qadın ölüb

© Sputnik / Anar MustafayevСтарые автобусы в Баку
Старые автобусы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

BAKI, 26 iyun — Sputnik. Bu gün səhər saatlarında Xızıda bədbəxt hadisə baş verib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Xızının Giləzi qəsəbəsində qeydə alınıb. Avtobusda qaz qoxusunun gəldiyini hiss edən 50 yaşlı Naibə Rzayeva içəridəki maye qaz balonunun partlayacağını düşünərək özünü hərəkətdə olan avtomobildən yerə atıb. Kəllə-beyin travması alan qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

 

 

Xəbər lenti
0