CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident yeni yaradılan agentliklə bağlı fərman imzaladı

© Official website of President of Azerbaijan Republicİlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
Agentliyin nizamnamə fondu 5 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır

BAKI, 26 iyun — Sputnik. Prezident İlham Əliyev Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənədə əsasən, yeni yaradılan Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin adı dəyişdirilirək Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adlandırılıb.

Azərbaycan prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Azərbaycanda dövlət qurumlarının adı dəyişdirildi - FƏRMAN

Sənədə əsasən, mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin və verdikləri hüquqmüəyyənedici sənədlərin vahid "G2B" (dövlət-biznes) elektron reyestri yaradılacaq.

Sənədlə "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi", "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturu", və "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı" təsdiqlənib.

Agentliyin nizamnamə fondu 5 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Agentliyin Aparatının işçilərinin say həddi 240 ştat vahididir.

Xəbər lenti
0