CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda daha bir qadın plastik cərrahiyyənin qurbanı oldu

© © Foto A.Hümbətova tərəfindən təqdim olunubArzu Hümbətova estetik əməliyyata qıədər
Arzu Hümbətova estetik əməliyyata qıədər - Sputnik Azərbaycan
Abunə olmaq
"İndi bərbad nəfəs alıram, gecələr narahat yatıram, burnumun görünüşü də bərbad vəziyyətdədir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 26 iyun — Sputnik. Bakı şəhər sakini Arzu Hümbətova plastik cərrahiyyə əməliyyatının qurbanı olduğunu iddia edir.

Sputnik Azərbaycan-a müraciət edən A.Hümbətova bildirir ki, bir müddət öncə "Baku Clinik" xəstəxanasının həkimi Rəşid Əliyev tərəfindən əməliyyat edilib: "Ötən il iyulun 31-də əməliyyat olundum. Mənə bildirdilər ki, əməliyyatdan sonra burnumun görünüşü istədiyim kimi olacaq və heç bir çəpər əyriliyi qalmayacaq. Səhər əməliyyata girdim, normal çıxdım. Burnuma silikon qoymuşdular. Mən silikonla nəfəs ala bilmirdim. Həkimə dediyimdə mənə bildirdi ki, burnumu qan tutduğu üçün nəfəs ala bilmirəm. Əməliyyatın 5-ci günündə silikonları çıxartdılar. Amma yenə nəfəs ala bilmirdim".

"Əməliyyatdan 12 sonra burnumdan gips çıxarıldı. Gips çıxarıldıqdan sonra gördüm ki, burnumun üzərində qabarıqlıq var. Həkim bildirdi ki, "plastr" yapışdırılacaq və qabarıqlar keçəcək. Bundan sonra da burnumda çökmə olduğunu müşahidə etdim. Həkimə getdim. Burnumda həm qabarıqlıq vardı, həm də çökmə. Həkim dedi ki, 3 aya hər şey düzələcək", — deyir şikayətçi.

© © Foto A.Hümbətova tərəfindən təqdim olunubArzu Hümbətova estetik əməliyyatdan sonra
Arzu Hümbətova estetik əməliyyatdan sonra - Sputnik Azərbaycan
Arzu Hümbətova estetik əməliyyatdan sonra

Arzu Hümbətova iddia edir ki, əməliyyatın 6-cı ayında problemlərin aradan qalxmadığına görə həkimə yenidən müraciət edib. Lakin həkim müayinə üçün ona vaxt ayırmayıb. Buna görə xəstə klinikanın baş həkimi Leyla Abdullayevaya müraciət edib: "Rəşid həkim mənə dedi ki, bacardığı budur. Mən isə verdiyim pulu tələb etdim. O isə mənə bir qəpik də verməyəcəyini bildirdi. Dedi ki, "get, kimə şikayət edirsən, et".

"İndi bərbad nəfəs alıram, gecələr narahat yatıram, burnumun görünüşü də bərbad vəziyyətdədir. Pulumu da geri qaytarmır ki, başqa həkimə müraciət edim. Mənə yeni müalicələr yazılıb", — deyə Hümbətova bildirir.

A.Hümbətovanın sözlərinə görə, Rəşid Əliyevi "Instagram" vasitəsilə tanıyıb: "Güclü reklamı gedirdi. Səhifəsinə baxmışdım, paylaşdığı şəkillər super idi. Ona görə də müraciət etdim".

Операция на открытом сердце, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanlı plastik cərrahın metodikası ABŞ-da dərsliyə salındı

A.Hümbətova üzləşdiyi xoşagəlməz vəziyyətlə bağlı Səhiyyə Nazirliyinə müraciət edib və rəy alıb. Ancaq o, verilən rəylə razılaşmır. Əməliyyatdan narazı qaldığı üçün estetik cərrah Rəşid Əliyevi məhkəməyə verməyi düşünür.

"Baku Clinik" klinikasının baş həkimi Leyla Abdullayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Səhiyyə Nazirliyinin rəyində məsələ açıq şəkildə izah edilib: "Bilirsiniz ki, estetik əməliyyat elə bir əməliyyatdır ki, xəstə ondan razı da, narazı da qala bilər. Ancaq xanımın narazılıqları ekspertizaya göndərilib və ekspertiza bu barədə rəy verib. Ekspert bildirib ki, əməliyyatın nəticəsini məqbul hesab edir. Bu da artıq xanımın bütün suallarına cavab deməkdir".

"Bu, həmçinin o deməkdir ki, əməliyyatın uğurlu olması ekspert tərəfindən qəbul edilib. Xroniki proseslərin aradan qaldırılmasının isə əməliyyatla heç bir əlaqəsi yoxdur. Buna görə xanım müalicəni davam etdirməlidir. Əgər xanım nəticədən narazıdırsa, buyurub məhkəməyə müraciət edə bilər. Bundan artıq sizə heç bir məlumat verə bilmərəm", – deyə baş həkim əlavə edib.

Xəbər lenti
0