Bakıdakı "Azadlıq" meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyini həsr edilmiş böyük hərbi parad keçirilib. Piyadalar, tanklar və Hərbi Hava Qüvvələri Azərbaycan ordusunun bütün qüdrətini nümayiş etdiriblər.
Paytaxt Bakıda Azərbaycan tarixində beşinci hərbi parad baş tutub. Sputnik Azərbaycan-ın müxbiri xəbər verir ki, təntənəli parad "Azadlıq" meydanından başlayaraq, bütün bulvar boyu davam edib.
Paradda müdafiə daxili işlər, fövqəladə hallar nazirliklərinin, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Xüsusi Dövlət Mühafizəsi Xidmətinin, eləcə də Türkiyə ordusunun xüsusi parad heyətinin 4 mindən çox əsgəri iştirak edib. 240 ədəddən çox hərbi texnika keçərək ordunun qüdrətini nümayiş etdirib. 70 vertolyot və təyyarədən ibarət aviasiya Bakı səmasında şou göstərərək, Azərbaycanın milli bayrağının rənglərində tüstü buraxdılar.
Xatırladaq ki, Azərbaycanın müasir tarixində ilk hərbi parad 1992-ci il oktyabrın 9-da, ikinci 2008-ci il iyunun 26-da, üçüncü 2011-ci il iyunun 26-da, dördüncü 2013-cü il iyunun 26-da olub. olub
Azərbaycan prezidentinin 1998-ci il 22 may fərmanı ilə iyunun 26-sı Azərbaycan Hərbi Qüvvələri günü kimi qeyd edilir.
Parad Türkiyə Silahlı Qüvvələrinin "Türk ulduzları" və "SOLOTÜRK" pilotaj qruplarının F-16 və F-15 təyyarələrində aviaşousu ilə başa çatıb.