CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polkovnik: “Azərbaycan Ordusu mənəvi cəhətdən çox güclüdür”

© Sputnik / Murad OrujovПолковник в отставке, ветеран карабахской войны Мамед Гадиров
Полковник в отставке, ветеран карабахской войны Мамед Гадиров - Sputnik Azərbaycan
Abunə olmaq
İstefada olan polkovnik, Qarabağ müharibəsi veteranı Məmməd Qədirov deyir ki, düşmənin məhv edilməsi üçün güclü silahlarımız olmalıdır

Polkovnik: “Azərbaycan Ordusu mənəvi cəhətdən çox güclüdür”
1993-cü ildən bu vaxta kimi aparılan ordu quruculuğu artıq öz bəhrəsini verib. Sputnik Azərbaycan-a açıqlamasında istefada olan polkovnik, Qarabağ müharibəsi veteranı Məmməd Qədirov belə deyib.

“Bu gün Azərbaycan ordusunun hərbi məktəbləri və akademiyaları, müasir silahları, onlardan istifadə etməyi bacaran kadrları var. İşğal olunmuş ərazilərdə düşmən tərəfindən müdafiə zolağı yaradılıb. Sözsü ki, onların məhv edilməsi üçün güclü silahlarımız olmalıdır. Bundan öncə isə bizim güclü əsgər və zabitlərimiz olmalıdır. Bu gün ordumuz mənəvi cəhətdən çox güclüdür”.

1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verib. 

Xəbər lenti
0