Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Cəbiş müəllim Azərbaycanın 100 yaşlı ordusu barədə

Abunə olmaq
Azərbaycan ərazisində yaradılan müstəqil dövlətin ilk addımlarından biri ordumuzun yaradılması olub

İstənilən ölkənin silahlı qüvvələri dedikdə həmin ərazinin müstəqilliyini və bütövlüyünü qorumağa yönəlik hərbi təşkilat nəzərdə tutulur. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir.

İlk dəfə olaraq 1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinınin yaradılması qeyd edilib. 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri könüllü dəstələrdən ibarət idi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb. 

1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilib, Azərbaycan ordusunun 21 generallarından 15-i bolşeviklər tərəfindən güllələnib. 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilib. 22 may 1998-ci ildə prezident Heydər Əliyev fərman imzalayaraq iyunun 26-nı Silahlı Qüvvələr günü elan edib.

Xəbər lenti
0