BAKI, 25 iyun — Sputnik. Populyar youtuber Pedro Ruizin faciəli ölümündən dəqiqələr əvvəl çəkilmiş video üzə çıxıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, videoda gənc qız sevgilisinə "Edə bilmərəm əzizim. Çox qorxuram" deyir.
Videogörüntüdə 22 yaşlı gənc sevgilisinə qalın ensiklopediya kitabının arxasından ona atəş açmasını istəyir. 20 yaşlı Monaliza Peres ona qorxduğunu deyir. Ruiz isə onu "sən kitabı vuracaqsan, mənə heç nə olamayacaq" deyə inandırmağa çılışır.
Hadisədən öncə Twitter-də mesaj paylaşan Peres "Mən və Pedro böyük ehtimalla ən təhlükəli videomuzu çəkəcəyik. Onun fikri mənim deyil" – deyə qeyd edib.
Minnesota əyalətinin Halstad şəhərində yaşayan cütlük məşhur olmaq üçün gündəlik həyatlarını və etdikləri zarafatları Youtube kanalları ilə yayınlayırmış. Həmin gün Pedro sinəsinə tutduğu ensiklopediyanın onu qoruyacağını düşünərək, Peresdən ona 30 santimetr uzaqlıqdan atəş açmasını istəyib. Atəşin açılmasına cütlüyün 3 yaşındakı uşaqları və canlı videounu izləyən 30 nəfər də şahid olub.
Sevgilisinin qan içində yerə yıxıldığını görən qız təcili yardıma zəng edərək, onu yanlışlıqla vurduğunu deyir.
Hadisə baş verən zaman Peres hamilə olub və ikinci dərəcəli cinayət səbəbilə 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 1 il əvvəl baş verib. Prokurorluq Youtube zarafatının ilk ilində hadisədən öncə çəkilən görüntüləri paylaşıb.