CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Tolerant Azərbaycan" Şəbəkəsi yaradılacaq

Abunə olmaq
Layihənin məqsədi cəmiyyətdə tolerantlıq dəyərlərinin daha geniş təşəkkül tapmasına yardım göstərilməsidir

BAKI, 25 iyun — Sputnik. "Tolerantlıq" Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Tolerantlıq mövzusunda təlim və seminarların keçirilməsi" layihəsini həyata keçirir. Sputnik Azərbaycan xəbər verir ki, layihənin məqsədi cəmiyyətdə tolerantlıq dəyərlərinin daha geniş təşəkkül tapmasına yardım göstərilməsidir.

Qax rayonunun Qımır kəndi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanın ən tolerant kəndi: din, dil, milliyyət əngəli yoxdur

Layihə çərçivəsində 3 təlimin keçirilməsi nəzərdə tutulub. Həmçinin, təlim iştirakçılarından ibarət "Tolerant Azərbaycan" Şəbəkəsi yaradılacaq. Şəbəkənin sosial şəbəkələrdə səhifə və qrupu yaradılacaq. Şəbəkə üzvləri Azərbaycanın tolerant ölkə kimi tanıdılması, tolerantlıq ideya və dəylərinin təbliğ olunması istiqamətində fəaliyyət göstərəcəklər.

Üzvlər, həmçinin Şəbəkənin böyüməsi və daha geniş auditoriyanı əhatə etməsi üçün işləyəcəklər. Şəbəkənin Əsasnaməsi və Etik Kodeksi də hazırlanacaq. Şəbəkənin fəaliyyəti layihə müddətində layihə eksperti tərəfindən əlaqləndiriləcək. Layihə bitdikdən sonra isə Şəbəkə üzvləri öz aralarından əlaqləndirici seçəcəklər.

Şəbəkənin yaradılması və onun vasitəsilə şaxələndirilmiş maarifçilik aparılması gənclərin tolerantlıq dəyərlərini daha yaxşı anlamasına, təbliğinə əhəmiyyətli töhfə verəcək. Şəbəkə gənclərin tolerantlıq dəyərləri əsasında bir araya gəlməsi və özlərinin bu istiqamətdə maarifçilik tədbilərini davam etdirməsinə zəmin yaradacaq.

Xəbər lenti
0