Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, son illər sığorta bazarında problemlərin həlli üçün müəyyən işlər görülüb:
“Maliyyə Bazarlarına Nəzarət Palatası bu istiqamətdə bir sıra addımlar atdı. Bununla belə, düşünürəm ki, ölkəmizdə sığorta sahəsində ciddi problemlər qalmaqdadır. Çünki sığorta şirkətləri dövlətlə sığorta xidməti istehlakçıları arasında əlavə quruma çevrilib. Biz görürük ki, sığorta şirkətləri öz iqtisadi imkanlarını artırır, ancaq istehlakçıların tələblərinin ödənilməsindəki rolu cüzi olur. Bunun üçün də dövlət çox ciddi tədbirlər görməlidir. Sığorta bazarındakı şirkətlərin fəaliyyətləri istehlakçıların tələblərinin ödənilməsinə istiqamətlənməlidir”.
Professorun geniş şərhinə podkastda qulaq asa bilərsiniz.