CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səyyar "ASAN xidmət" bu regionlarda olacaq

© Photo : ASAN mətbuat xidmətiSəyyar ASAN Xidmətin qatarı
Səyyar ASAN Xidmətin qatarı - Sputnik Azərbaycan
Abunə olmaq
27 iyun – 26 iyul Kürdəmir və Lənkəran şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək

BAKI, 25 iyun — Sputnik. Səyyar ASAN xidmət 29 may — 27 iyun Xudat şəhərində, 30 may — 28 iyun Qazax şəhərində, 4 iyun – 3 iyul Qax şəhərində, 19 – 30 iyun Zirə qəsəbəsində, 19 iyun – 3 iyul Daşkəsən və Tərtər şəhərində, 19 iyun – 7 iyul Lerik şəhərində, 25 iyun – 4 iyul Hökməli qəsəbəsində, 27 iyun – 26 iyul Kürdəmir və Lənkəran şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

"ASAN Xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Xəbər lenti
0