Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azarkeşlər öz komandalarına belə kömək etdilər

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidИгрок сборной Португалии по футболу Криштиану Роналду
Игрок сборной Португалии по футболу Криштиану Роналду - Sputnik Azərbaycan
Abunə olmaq
İran yığmasının azarkeşləri bütün gecəni Portuqaliya komandasının oyunçularının yerləşdiyi otelin pəncərəsi altında səs-küy yaradaraq əyləniblər

BAKI, 25 iyun — Sputnik. Bu gün Rusiyanın Saransk şəhərində futbol üzrə Dünya Çempionatında B qrupunda yarışan Portuqaliya və hələ də mundialın növbəti mərhələsinə çıxmaq şansı qalan İran yığma komandalarının görüşü keçiriləcək.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu səbəbdən hər iki komandanın azarkeşləri sözügedən şəhərə toplaşıblar. 

Məlumata əsasən, İran yığmasının azarkeşləri bütün gecəni Portuqaliya komandasının oyunçularının yerləşdiyi otelin pəncərəsi altında səs-küy yaradaraq əyləniblər. Onların bu hərəkəti Portuqaliya komandasının oyunçularının yatmasına mane olub.

Bu zaman Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldu oteldəki nömrəsinin pəncərəsində görünüb. O, pəncərəni açaraq sərt şəkildə səs-küy salan iranlılara qışqırıb ki, yatmağa imkan versinlər. Yalnız bundan sonra İran yığmasının fanatları otelin pəncərəsi önündə bir qədər sakitlik yaradıblar.

Xəbər lenti
0