Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

DÇ-2018: Polşa nağılının sonu

© Sputnik / Aleksandr Krajyev / Mediabanka keçidФутбол. ЧМ-2018. Матч Польша - Колумбия
Футбол. ЧМ-2018. Матч Польша - Колумбия - Sputnik Azərbaycan
Abunə olmaq
III tur ərəfəsində Yaponiya və Seneqal milliləri hərəyə 4 xal, Kolumbiya 3 xal toplayıb

BAKI, 24 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında H qrupunda II turun daha bir oyunu keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Kolumbiya millisi Polşa yığmasına futbol dərsi verib.

Oyun Cənubi Amerika təmsilçilərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Yerri Mina (40-ci dəq.), Radamel Falkao (70-ci dəq.) və Xuan Kuadrado (75-ci dəq.) vurublar.

Bu məğlubiyyətdən sonra Polşa millisinin növbəti turun nəticəsindən asılı olmayaraq turniri tərk edəcəyi dəqiqləşib. Kolumbiyalılar isə növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını saxlayırlar.

Qeyd edək ki, III tur ərəfəsində Yaponiya və Seneqal milliləri hərəyə 4 xal, Kolumbiya 3 xal toplayıb. Polşalıları isə hər iki oyunda məğlub olduqlarından, xal toplaya bilməyiblər.

Xəbər lenti
0