Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Monolit Plaza"da baş verən yanğın barədə rəsmi açıqlama yayıldı

© Sputnik / Anar MustafayevFövqəladə Hallar Nazirliyi
Fövqəladə Hallar Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən yanğınla bağlı məlumat yayıb

BAKI, 25 iyun — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün "Monolit Plaza"da yanğın meydana çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.

Məlumatda bildirilir ki, Bakı şəhərinin Səbail rayonunda "Monolit Plaza" hotelinin ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m², dam örtüyü taxta atmalar və dəmirdən ibarət) olan ikimərtəbəli restoranın dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə, ona bitişik ümumi sahəsi 50 m² olan istifadəyə yararsız talvarın yanar konstruksiyaları və 50 m² sahədə məişət tullantıları yanıb.

Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, hadisə şahidləri yanğının videosunu çəkərək "Youtube"də paylaşıblar.
Xəbər lenti
0