Futbolçu, motosikletçi və aktyor – Türkiyənin yeni deputatları

© REUTERS / Stoyan NenovПрезидентские выборы в Турции
Президентские выборы в Турции - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Bir sıra tanınmış şəxslər TBMM-yə üzv seçiliblər

BAKI, 25 iyun — Sputnik. Türkiyədə keçirilən parlament seçkilərində Böyük Millət Məclisinə üzv seçilən yeni simalar arasında ölkənin tanınmış şəxsləri də var. Sputnik Azərbaycan "Haberturk"-ə istinadən xəbər verir ki, Türkiyənin məşhur futbolçusu, ölkə millisinin sabiq üzvü Alpay Özalan, motosikletçi Kenan Sofuoğlu və aktyor Barış Atay millət vəkili seçiliblər.

A.Özalanın və K.Sofuoğlunun namizədliyini hakim Ədalət və İnkişaf Partiyası (AKP) irəli sürüb. Keçmiş futbolçu İzmirdən millət vəkili seçilib. K.Sofuoğlu isə Böyük Millət Məclisində Sakaryanı təmsil edəcək.

Aktyor Barış Atayın namizədliyi isə Xalqların Demokratik Partiyasından (HDP) irəli sürülüb. Aktyor Hataydan millət vəkili seçilib.

Xəbər lenti
0