BAKI, 25 iyun — Sputnik. Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işinə başlayır. Sputnik Azərbaycan qurumun rəsmi saytına istinadən xəbər verir ki, sessiya çərçivəsində AŞPA sədri vəzifəsinə seçkilərin keçirilməsi və bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.
Bundan başqa, AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycan üzrə həmməruzəçi Sezar Florin Predanın yerinə təyinat olacaq. AŞPA deputatları qarşısında Xorvatiya və Slovakiyanın baş nazirlərinin, həmçinin Lüksemburqun xarici işlər nazirinin çıxışı gözlənilir.
Sessiya iyunun 29-da başa çatacaq.