Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xilasedicilər sudan çıxardılar, həkimlərin əlində öldü

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Dənizdə boğulmaqdan xilas edilən şəxs xəstəxanaya aparılarkən yolda keçinib

BAKI, 25 iyun — Sputnik. Bu gün “Zuğulba-3” sularda xilasetmə məntəqəsinin qadağan olunmuş ərazisində, çimmək qadağandır nişanına və xilasedicilərin təlimatına məhəl qoymadan, 1992-ci il təvəllüdlü İsmayılov Qabil İbrahim oğlu dənizdə çimərkən boğulmaq təhlükəsi ilə üzləşib.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Q. İsmayılov məntəqənin xilasediciləri tərəfindən sudan çıxarılaraq Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

O, xəstəxanaya aparılarkən yolda keçinib.

Xəbər lenti
0