Məşhur istirahət bölgəsində kütləvi zəhərlənmə: 100-ə yaxın insan xəstəxanalıq olub

© Sputnik / Mediabanka keçidАвтомобиль скорой помощи на одной из улиц в Тбилиси
Автомобиль скорой помощи на одной из улиц в Тбилиси - Sputnik Azərbaycan
Abunə olmaq
Ehtimal var ki, zəhərlənmə isti nəticəsində keyfiyyətini itirmiş və xarab olmuş qida məhsullarının qəbulu nəticəsində baş verib

BAKI, 25 iyun — Sputnik. Azərbaycanlıların da istirahət məqsədilə kütləvi şəkildə üz tutduqları Gürcüstanın kurort şəhəri olan Batumidə keçirilən toy mərasimində 100-dək adam zəhərlənərək xəstəxanalara yerləşdirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

Pambıq tarlası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yevlaxda pambıq sahəsində növbəti olay: "Ağ qızıl" yenə zəhərə çevrildi

Məlumatda bildirilir ki, zəhərlənənlər arasında uşaqlar da var. 400 nəfərlik banketin keçirildiyi restoranın rəhbərliyi zəhərlənmədə onların günahı olmadığını bildirib.

"Acarıstanın səhiyyə orqanları kütləvi zəhərlənmənin səbəblərini bir neçə gündən sonra ekspertizanın rəyi əsasında açıqlayacaqlarını bildiriblər" — telekanal qeyd edib.

Zərərçəkənlərdən birinin sözlərinə görə, restoranda yemək və içkilərin saxlanma şəraitinə nəzarət edilməyib. Soyuq qəlyanaltılar və balıqlar məclis başlamamışdan bir neçə saat əvvəl stola düzülüb.

Məclisin keçirildiyi yer isə kifayət qədər isti olub. Ehtimal var ki, zəhərlənmə isti nəticəsində keyfiyyətini itirmiş və xarab olmuş qida məhsullarının qəbulu nəticəsində baş verib.

Xəbər lenti
0