Bakıda hüquqşünasın qanı töküldü, səbəb isə ağlasığmazdır

CC0 / charlemagne / knifeУдар ножом в сердце, фото из архива
Удар ножом в сердце, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hasarın bir neçə santimetr qonşunun ərazisinə doğru çəkilməsi qanlı münaqişə ilə nəticələnib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 25 iyun — Sputnik. İyunun 24-də Bakının Binəqədi rayonunda bir neçə santimetr torpaq sahəsi ağır cinayətin törədilməsinə səbəb olub. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Ötən istirahət günü axşam saatlarında Gəraybəyli küçəsindəki 28 nömrəli binanın qarşısında, 1967-ci il təvəllüdlü Quliyev Camal Aydın oğluna iki bıçaq zərbəsi endirilib. Zərbələrdən biri onun sinə nahiyəsinə vurulub. Kişi ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Balta, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yardımlıda gənc oğlanı baltaladılar

Cinayət-axtarış şöbəsinin əməkdaşları araşdırma nəticəsində Quliyevə bıçaq zərbəsi endirən adamın şəxsiyyətini müəyyən ediblər. Həmin adam Quliyevin qonşusu — Qərbi Azərbaycanda (indiki Ermənistan) anadan olmuş, 1964-cü il təvəllüdlü Hüseynov Arif Hüseyn oğludur. Polis Hüseynovu saxlayıb.

Məlum olub ki, əvvəllər pullu hüquq xidməti göstərən (məhkəmələrdə müdafiəçi qismində çıxış edib) Quliyevlə meyvə-tərəvəz ticarəti ilə məşğul olan Hüseynov arasında münaqişə onların torpaqlarını ayıran sərhəddə hasarın düzgün çəkilməməsi ilə bağlı yaranıb.

Söhbət hasarın bir neçə santimetr qonşunun ərazisinə doğru çəkilməsindən gedir. Cəmi bir neçə santimetr torpaq sahəsi üstündə qonşular arasında dava başlanıb və qanla qurtarıb.

Faktla bağlı AR Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi (Maddə 126) ilə cinayət işi açılıb.

Xəbər lenti
0