Ramiz Rövşən: “Elçibəy AXC-nin ruhunu yaşadan insanlardan birincisi idi”
“Əbülfəz Elçibəy Azərbaycanda Xalq Cümhuriyyətinin ruhunu yaşadan insanlardan birincisi idi”. Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri şair Ramiz Rövşən bildirib.
“Mən hesab edirəm ki, Elçibəy Məhəmməd Əmin Rəsulzadənin mənəvi övladlarından ilki idi. Rəsulzadənin Azərbaycan siyasətində, ədəbiyyatında, mədəniyyətində mənəvi övladları həmişə olub. Elçibəy mahiyyət etibarilə zamandan üstün şəxsiyyət idi. Artıq Rəsulzadə və Elçibəy cəmiyyətin müəyyən bir kəsiminin deyil, bütün Azərbaycanın və türk dünyasınındır” — deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan milli azadlıq hərəkatının liderlərindən olan, sabiq ölkə başçısı Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub.
Şair Ramiz Rövşənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz