SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İsa Qəmbər: “Elçibəy Rəsulzadənin yolunu davam etdirən lider idi”

© AP Photo / Shakh Aivazovİsa Qəmbər
İsa Qəmbər - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Strateji Düşüncə mərkəzinin rəhbəri İsa Qəmbər deyir ki, müstəqillik tariximiz hələ kifayət qədər öyrənilməyib

İsa Qəmbər: “Rəsulzadə və Elçibəy irsi ciddi şəkildə araşdırılmalıdır”
“Azərbaycan xalqı dünya tarixinin ən layaqətli və qəhrəman xalqlarından biridir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əbülfəz Elçibəyin 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edərkən Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyib.

“Xalqımız tarixən müstəqilliyə və ləyaqətə can atıbdır. Bu, 1918-ci, eləcə də 1991-ci ildə belə olubdur. Bu xalqın 20-ci əsrin əvvəlində Məhəmməd Əmin Rəsulzadə kimi lideri, əsrin sonunda o yolu davam etdirmiş Əbülfəz Elçibəy kimi lideri olubdur. Bizim müstəqillik tariximiz hələ kifayət qədər öyrənilməyib. Buna görə də Rəsulzadə və Elçibəy irsi ciddi şəkildə araşdırılmalıdır” — deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan milli azadlıq hərəkatının liderlərindən olan, sabiq ölkə başçısı Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub.

İsa Qəmbərin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0