BAKI, 24 iyun — Sputnik. Çinin Velinq şəhərində qadın “Ferrari 458” idman avtomobilini kirayələdikdən sonra bir neçə dəqiqə sonra onu başqa 2 avtomobilə çırparaq qəza törədib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, qadın idman avtomobilinə əyləşərkən ilk dəfə “Ferrari” sükanı arxasında oturduğunu etiraf edib: "Bu çox təəccüblü hissdir".
Bir neçə dəqiqədən sonra qadın idarəetməni itirib və qarşıdan gələn BMW avtomobilinə çırpılıb. O da öz növbəsində Nissan markalı avtomobillə toqquşub. Sonuncu qarşı yola çıxıb.
Bu hadisədə ən maraqlı hissə… avtomobilin qiymətidir. Belə ki, qadının sükanı arxasında oturduğu avtomobilin dəyəri təxminən 1 milyon 300 min manatdır. Müəyyən edilib ki, avtomobilin ön hissəsi güclü zədələnib və sol təkər çıxıb.
Sürücü ancaq təhlükəsizlik yastıqları sayəsində ciddi xəsarət almayıb.