BAKI, 23 iyun — Sputnik. Livanda qadın polislərin yay geyimi geniş müzakirələrə səbəb olub.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Livanda yay aylarının gəlməsi ilə əlaqədar olaraq bütün qadın polislər üçün yeni formalar hazırlanıb. İsti yay günlərində polislərin daha rahat xidmət göstərməsi üçün formalar qısa şort və köynəkdən ibarətdir. Livanlı polislər artıq bu formalarla xidmət göstərməyə başlayıb.
Sürücülərin və piyadaların təəccüblü baxışları altında xidmət göstərən polislərin fotoları sosial şəbəkələrdə paylaşılıb.
Polislərin yeni formalarında olan görüntüləri sosial şəbəkələrədə ən çox müzakirə edilən məsələyə çevrilib. Həmin görüntüləri təqdim edirik.