BAKI, 22 iyun — Sputnik. Youtube videohostinqi məşur kanallara pullu abunəlik tətbiq edəcək.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, 100 min abunəçisi olan videobloqerlər fanklublar yarada bilər. Bu fanklublar pərəstişkarlara 4.99 dollara başa gələcək. Bundan sonra "abunəçilər", kanalın üzvlərinə çevriləcək. Üzvlər əlavə ödəniş etməklə ayrı imtiyazlar əldə edə bilər. Məlumata görə, yeni funksiyanın test prosesi uğurlu alınıb.
Bununla yanaşı istehsalçılar videoların altında xüsusi kateqoriyalarda aid mallar üçün rəflər qura biləcəklər. Youtube əməkdaşları hesab edir ki, bu formada videoblogerlər pul qazana bilər.