Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Vahid Əhmədov etiraz etdi: "SOCAR-a bu qədər vəsait ayrılmamalıdır"

© Photo : REPORTMilli Məclisin deputatı Vahid Əhmədov
Milli Məclisin deputatı Vahid Əhmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Biz özümüz neft-qaz istehsal və ixrac edən ölkəyik, amma kompensasiya üçün 1 milyard manat vəsitin ayrılması nəzərdə tutulur"

BAKI, 22 iyun — Sputnik. "Son dörd ayın iqtisadi göstəricilərinə baxanda inkişafın baş verdiyi görünür. Müsbət saldo yaranıb, ümumi daxili məhsulun həcmi artıb və bunlar yaxşı nəticələrdir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.

Büdcə - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Əhalinin rifahının yüksəldilməsi üçün büdcə xərcləri 2 milyard manat artırılır

Onun sözlərinə görə, gəlirlərin kəskin azalması, neftin qiymətinin yüksək olması belə bir fikir oyadır ki, hökumətdə artıq arxayınçılıq yaranıb: "Qeyri-neft sektorunun inkişafı, islahatların aparılması diqqət mərkəzində saxlanılmalıdır".

Millət vəkili bildirib ki, büdcənin xərc hissəsinə baxanda əsasən xərclər pensiya, əmək haqqı və digər məsələlərə yönəldilib: "Dövlət büdcəsinə dəyişikliklərdə Dövlət Neft Şirkətinə 1 milyard manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da düzgün deyil. Biz özümüz neft-qaz istehsal və ixrac edən ölkəyik. Amma kompensasiya üçün 1 milyard manat vəsitin ayrılması nəzərdə tutulur. Bunu heç cür anlamaq olmur".

V.Əhmədov bölgələrdə problemlərin yaşandığını və bu problemlərin həlli üçün maliyyə vəsaitinin ayrılmasının daha zəruri olduğunu bildirib.

Xəbər lenti
0