Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Futbol üzrə dünya çempionatı: İslandiya nağılının sonu?

© Sputnik / Константин Чалабов / Mediabanka keçidDÇ-2018, Nigeriya-İslandiya oyunu, nigeriyalı futbolçular vurulan qola sevinirlər
DÇ-2018, Nigeriya-İslandiya oyunu, nigeriyalı futbolçular vurulan qola sevinirlər - Sputnik Azərbaycan
Abunə olmaq
İki turdan sonra D qrupunda Nigeriya millisi 3 xalla ikinci yerdədir

BAKI, 22 iyun — Sputnik. Futbol üzrə XXI dünya çempionatında D qrupunda ikinci turun son görüşü olub.

Sputnik Azərbaycan-ın məlumatına əsasən, Volqoqrad şəhərində Nigeriya və İslandiya milliləri qarşılaşıblar. Oyunun birinci hissəsi əsas etibarilə nigeriyalıların üstünlüyü ilə keçib. Lakin onlar rəqib qapısına zərbə endirə bilməyiblər. Əksinə, islandlar əks-hücumlarda fəal olaraq bir neçə təhlükəli zərbəyə imza atıblar. Lakin bu zərbələr hədəfə çatmayıb və ilk yarı qolsuz bitib — 0:0.

İkinci hissəyə də nigeriyalılar fəal başlayıblar və artıq 49-cu dəqiqədə Mozesin ötürməsini Musa dəqiq zərbə ilə qola çevirə bilib — 1:0. Bundan sonra islandlar buraxılmış qolun əvəzini çıxmaq üçün irəli atılıblar. Lakin əvəzində 75-ci dəqiqədə Musa daha bir qol vuraraq hesab arasındakı fərqi artırıb — 2:0. 83-cü dəqiqədə isə Gilfi Siqurdsson Nigeriyanın qapısına təyin olunmuş penaltini qola çevirə bilməyib. Oyun nigeriyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qrupda turun digər qarşılaşmasında Xorvatiya Argentinanı darmadağın edib — 3:0. İki turdan sonra 6 xal toplamış Xorvatiya qrupun lideridir. Argentina və İslandiyanın iki oyundan sonra 1 xalları var. Nigeriya 3 xal toplayıb.

Xəbər lenti
0