Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Gömrükdə hansı şirkətlərə güzəştlər tətbiq edilməlidir – Ekspert şərhi

© Photo : SİAMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, gömrük sistemini Ümumdünya Ticarət Təşkilatının qoyduğu tələblərə uyğunlaşdırmaq lazımdır

Müslüm İbrahimov: “Gömrük tariflərindəki dəyişikliklər iqtisadiyyata təsir edir”
İyunun 20-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında sahibkarlarla görüş keçirilib. Görüşün məqsədi gömrük işinin şəffaf və səmərəli şəkildə təşkili, malların və nəqliyyat vasitələrinin təyinat nöqtəsinə asan və sürətli şəkildə çatdırılması məqsədilə gömrük sistemində həyata keçirilən islahatlar, yeniliklər barədə biznes subyektlərini məlumatlandırmaq olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a  deyir ki, gömrük siyasəti iqtisadiyyatın strukturunun təkmilləşdirilməsinə xidmət etməlidir: 

“Gömrük tariflərində baş verən dəyişikliklər iqtisadiyyatda öz əksini tapır. Hər hansı məhsul üçün tariflərin endirilməsi, qaldırılması və ya ümumiyyətlə ləğv edilməsinin böyük nəticələri olur. Düşünürəm ki, gömrük sistemini Ümumdünya Ticarət Təşkilatının qoyduğu tələblərə uyğunlaşdırmaq lazımdır. Həmçinin gömrük sistenində ixrac yönümlü şirkətlərə güzəştlər tətbiq edilməlidir. Gömrük sistemi kompleks şəkildə fəaliyyət göstərməlidir. Yəni Azərbaycanın iqtisadi siyasəti hansı istiqamətdədirsə, gömrük sistemi də işini ona uyğun qurmalıdır”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0