Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Onlarla ölkənin yüksək səviyyəli hökumət nümayəndələri Bakıya toplaşdı

© Sputnik / Murad OrujovCAMCA Forumunun açılış mərasimi
CAMCA Forumunun açılış mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Forumda Azərbaycanın baş naziri Novruz Məmmədov da iştirak edir

BAKI, 22 iyun — Sputnik. Bu gün Bakıda 2018 CAMCA Regional Forumu keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, ADA Universitetində təşkil olunan konfrans iki gün davam edəcək.

CAMCA (Central Asia-Mongolia-Caucasus-Afghanistan) Regional Forumu geniş Mərkəzi Asiya coğrafiyasında iqtisadi artım və inkişaf məsələlərini işıqlandıran müzakirə platformasıdır. Forum çərçivəsində bölgənin 10 ölkəsindən yerli gənc peşəkarlar, beynəlxalq ekspertlər və digər maraqlı tərəflər bir araya gələrək müvafiq gündəm üzrə dialoq aparır, iqtisadi, siyasi və sosial inkişafa həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə intellektual töhfə verirlər.

Вид на комплекс зданий Flame Towers в Баку - Sputnik Azərbaycan
Bakı daha bir regional foruma ev sahibliyi edəcək

CAMCA Regional Forumu ABŞ-ın Ramsfeld Fondu tərəfindən hər ilin yaz və payız fəsllərində elan edilən Mərkəzi Asiya-Qafqaz təqaüd proqramının məzunları üçün şəbəkələşmə məqsədi daşıyır. Təqaüd bölgə dövlətlərindən bir qrup gənc peşəkar liderlərə ayrılaraq onları altı həfə ərzində ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən tədqiqat proqramına dəvət edir. Proqram iştirakçıları burada Amerikanın hökumət, qeyri-hökumət və biznes dairələrinin aparıcı nümayəndələri ilə görüşlər keçirərək Mərkəzi Asiya və Qafqaz bölgəsi barədə məlumatı və fikir mübadiləsini qarşılıqlı şəkildə genişləndirir.

Proqramın nəticəsi kimi, iştirakçılar birgə layihə üzərində çalışırlar. 2008-ci ildən etibarən təqaüd proqramında Azərbaycandan 17 nəfər iştirak edib. Bakı Forumunda Azərbaycan və digər ölkələrdən 120-ə yaxın CAMCA məzunu iştirak edəcək.

Bu ilki CAMCA Forumu bölgə dövlətləri ilə yanaşı 20 müxtəlif ölkənin yüksək səviyyəli hökumət, biznes sektoru və elmi dairələrin nümayəndələrini bir araya toplayıb. ADA Universiteti bu günlərdə 250-dən çox Forum iştirkaçısını qəbul edəcək. CAMCA Forumu Bakıda ilk dəfədir keçirilir. Bundan əvvəlki forumlar 2017-ci ildə Düşənbə, 2016cı ildə Tbilisi, 2015ci ildə Ulan-Bator, 2014cu ildə isə Astanada təşkil edilmişdir.

Bakı Forumunun beynəlxlaq iştirakçıları arasında Dünya Bankının sabiq prezidenti Pol Vulfovitz, Özbəkistanın sabiq Xarici İşlər naziri Sodiq Sadoyev, ABŞ-ın Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun sədri Fredrik Starr, Gürcüstan baş nazirinin xarici siyasət üzrə müşaviri Tedo Caparidze və digərləri var. İki gün ərzində 2018 CAMCA Forumunun "üzə çıxan regionçuluq" mövzusunda müzakirələrində, xüsusilə də, bölgənin islahatlardan sonra gələcəyi ilə bağlı fikirlərini Azərbaycanın baş naziri Novruz Məmmədov, xarici işlər Naziri Elmar Məmmədyarov, vergilər naziri Mikayıl Cabbarov, təhsil naziri Ceyhun Bayramov, maliyyə naziri Samir Şərifov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov və digərləri bölüşəcək.

Xəbər lenti
0