Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda kilsə xadimlərinin müqəddəs məkanda dəhşətli əməl törətdiyi iddia edilir

Abunə olmaq
İstintaq orqanları hazırda hadisənin hansı şəraitdə baş verdiyini araşdırır

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 22 iyun — Sputnik. Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyasında bir neçə il bundan əvvəl Avropa və ABŞ-ın katolik kilsələrində baş verən, kilsə xadimləri və dini ordenlərin nümayəndələri tərəfindən uşaqlara qarşı seksual zorakılığı xatırladan qalmaqal baş verib. Belə ki, Nəsimi Rayon Polis İdarəsi kilsə divarları arasında azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlərin baş verməsi ilə bağlı faktı araşdırır.

Gazing Ball əsəri - Sputnik Azərbaycan
Kilsədə 60 minlik toxunuş: Sənət əsəri yerə düşüb parçalandı

Bu barədə Sputnik Azərbaycan-a Nəsimi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. Məlumata görə, iyunun 20-də Nəsimi RPİ-nin 22-ci polis bölməsinə paytaxt sakini olan M.X. adlı qadın şikayət ərizəsi ilə müraciət edib. O qeyd edib ki, müntəzəm olaraq Bakıdakı kilsələrdən birini ziyarət edir.

Bu il fevralın 14-də o, növbəti dəfə 9 yaşlı qızı ilə birlikdə kilsəyə ibadətə gedib. Qadın dua edən zaman iki kişinin onun qızını başqa yerə apararaq azyaşlıya qarşı zorla seksual hərəkətlər etdiyinin fərqinə varmayıb. Baş verən hadisə barədə qız da anasına dərhal məlumat verməyib.

Hadisədən 4 ay keçəndən sonra bu barədə polisə məlumat verməsini də qadın qızının ona başına gələni gec deməsi ilə izah edib. Şikayətçi azyaşlı qızına qarşı seksual hərəkətlər etməkdə günahlandırılan şəxslərin adlarını da açıqlayıb. Lakin biz etik məsələlərə görə onların adlarını burada qeyd etmirik.

Hazırda işin materialları Nəsimi RPİ-nin istintaq şöbəsinə göndərilib və baş verən hadisə ilə əlaqədar AR Cinayət Məcəlləsinin 152-ci maddəsi (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə cinayət işi açılıb.

İstintaq orqanları hazırda hadisənin hansı şəraitdə baş verdiyini araşdırır. Məsələ ilə bağlı müvafiq məhkəmə-tbbi ekspertiza da təyin ediləcək.

Bu məlumatla əlaqədar olaraq Sputnik Azərbaycan Bakı kilsələrindən birinin baş keşişi protoierey Mefodiyə müraciət edib. Mefodi ata bildirib ki, kilsə divarları arasında azyaşlı ziyarətçiyə qarşı belə bir cinayətin baş verdiyi barədə ilk dəfədir eşidir. Lakin o, ittiham olunan şəxslərin kilsənin əməkdaşları olduqlarını təsdiqləyib.

Biz bu cinayətdə təqsirləndirilən kilsə xadimlərinin özləri ilə danışmaq istəyimizi ifadə etsək də, Mefodi ata bildirib ki, onlar vəziyyəti şərh etməyəcəklər.

Azərbaycan Uşaqlar Birliyinin sədri, hüquq müdafiəçisi Kəmalə Ağazadə də öz növbəsində Sputnik Azərbaycan-a bildirib ki, zərərçəkmiş qız bir müddət ictimaiyyətin diqqətindən kənarda qalmalıdır: "Əks təqdirdə ona qarşı mümkün təzyiqlər istisna deyil".

Xəbər lenti
0