BAKI, 21 iyun — Sputnik. Məni tez-tez Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla səhv salırlar. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Vatan" qəzetinə müsahibəsində bildirib.
"Xarici görünüşcə biz Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla çox oxşayırıq. Bizi tez-tez səhv salırlar. Tədbirlərdən birində mənə Azərbaycanla bağlı suallar verirdilər", — deyə Çavuşoğlu qeyd edib.
Türk nazirin sözlərinə görə, Məmmədyarovun da Çavuşoğlu olduğunu düşünüb suallar verənlər olur: "Bir dəfə ona Türkiyə barədə sual veriblər. Düşünüblər ki, o, Türkiyənin xarici işlər naziridir".