CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maştağada cinayət törədən şəxs saxlanıldı: Qətlin ilginc səbəbi

CC BY-SA 2.0 / Erik Gregg / KnifeНож в руке, фото из архива
Нож в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda dostlar arasında baş verən münaqişə qətllə başa çatıb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 21 iyun — Sputnik. Bakıda dostlar arasında baş verən münaqişə qətllə başa çatıb. Sabunçu rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində bir gecəyə iyunun 20-də törədilən qətlin üstünü açıblar. Bu barədə Sputnik Azərbaycan-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.

Maştağa qəsəbəsində Yardımlı rayonunun 22 yaşlı sakini Vüqar Hüseynzadə qətlə yetirilib. Bəzi KİV-lər qətlin kütləvi dava zəminində baş verdiyini yazıblar. Həmçinin hadisənin 1996-cı il təvəllüdlü Vüqar Hüseynzadənin "Araz" marketin qarşısındakı bankomatdan pul çıxardan zaman baş verdiyi də qeyd olunub. Vüqarın anasının sözlərinə görə, oğlu, 1997-ci il təvəllüdlü dostu Səlimov Kənan Nəsimi oğlu ilə birgə bankomatdan pul çıxardıb evə getmək istəyən zaman, onları naməlum şəxslər arxadan bıçaqlayıblar. Pul Vüqarda olduğundan ona daha çox bıçaq zərbəsi vurulub və o, yerindəcə keçinib. 

Gənc Tamaşaçılar teatrı - Sputnik Azərbaycan
Dəlixanada qətl olacaq

Lakin məlum olub ki, əslində heç bir kütləvi dava baş verməyib və Vüqar da soyğunçuluq məqsədilə öldürülməyib.

Vüqar Hüseynzadə, Maştağa sakini Surxay Əliyev və Zabrat sakini Kənan Səlimov iş gününün sonunda səhər işdə baş verən münaqişəyə aydınlıq gətirmək üçün birlikdə işlədikləri "Araz" supermarketinin arxasına keçiblər. Orada, bankomatın yaxınlığında gənclər arasında dava düşüb. Nəticədə Əliyev bıçaqla Hüseynzadəyə hücum edib. Səlimov dostlarını ayırmağa çalışsa da, Əliyev ona da bıçaq zərbəsi vurub.

Ağır yaralanan Hüseynzadə hadisə yerindəcə ölüb, Səlimov isə qəsəbə sakinlərinin köməyi ilə xəstəxanaya çatdırılıb. Əliyev naməlum istiqamətə qaçaraq gizlənib.

Lakin cinayət-axtarış çöbəsinin əməkdaşları tezliklə Əliyevi öz evində saxlayıblar.

Faktla bağlı AR Cinayət Məcəlləsinin "Qəsdən adam öldürmə" və "Sağlamlığa ağır zərər vurma" maddələri ilə cinayət içi açılıb.

Xəbər lenti
0