Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ayrılığa dözməyərək həyatına son qoydu

CC0 / ArtWithTammy / suicideПовесившийся в лесу человек. Архивное фото
Повесившийся в лесу человек. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb

Leyla Abdullayeva – Sputnik Azərbaycan.

BAKI, 21 iyun – Sputnik. Şabran rayonunun Güləmli yaşayış massivində yaşayan Cəmil Məmmədov intihar edib. 3 uşaq atası olan 37 yaşlı Cəmil Balamirzə oğlu Məmmədov yaşadığı evin yardımçı otağında özünü elektrik naqilindən asaraq öldürüb.

Verilən məlumata görə, intiharın səbəbi həyat yoldaşının Məmmədovu tərk etməsi olub. Belə ki, həyat yoldaşı Cəmil ilə mübahisə edib və uşaqları ilə birgə Qubaya – ata evinə gedib. Həyat yoldaşının ayrılığına dözməyərək intihar etməyi üstün tutan Cəmil intihardan öncə məktub yazıb: “Bahar mən səni çox sevirəm. Bağışla ki, qəlbini qırdım. Sənsiz yaşaya bilmərəm. Sənsiz yaşamaqdansa ölüm daha yaxşıdır”.

Ailənin 3 oğlan övladı var.

Şabran rayon Prokurorluğunda intiharın səbəbləri araşdırılır. Faktla bağlı rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

Xəbər lenti
0